12 İyul 2015 00:10
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Təzə xəbər və təkliflər yolunuzu gözləyir. Bu səbəbdən də bir yerdə oturmaqdan vaz keçin. İndi sizə ən əvvəl münasibətləri aydınlaşdırmaq lazımdır. Düşmən də olsa, hər kəslə mülayim davranın.


BUĞA - Kifayət qədər gərgin gündür. Ən xırda səhviniz və ya mübahisəniz uzunmüddətli başağrınıza səbəb ola bilər. Odur ki, maksimum tədbirli və ehtiyatlı olmalısınız. Səhhətinizi də qoruyun.

ƏKİZLƏR - Fəaliyyət zəminində gərginlik hökm sürsə də, təmkin göstərməklə özünüzü ələ almalısınız. Ulduzlar yeganə uğurunuzun ailə-sevgi münasibətlərində mövcud olacağını bəyan edir.

XƏRÇƏNG - Riskdən uzaq olun. Aldığınız hər bir təklifi dönə-dönə fikir süzgəcindən keçirin. Uğursuzluğunuza görə ulduzlara söyməkdənsə, səhvlərinizi aradan qaldırın. Məsləhətə ehtiyacınız var.

ŞİR - Həftənin ən düşərli gününü yaşayacaqsınız. Bu səbəbdən də bəd şeyləri yada salıb ovqatınızı pozmayın. Qarşınıza çıxan bütün şanslardan yararlanın. Göy qübbəsi sizi müdafiə edəcək.

QIZ - Göy qübbəsi yeni əlaqə və tanışlıq üçün qarşınıza şanslar çıxaracaq. İstər dostluq-yoldaşlıq, istərsə də ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olacaq. Amma yalan vədlər də verməyin.

TƏRƏZİ - Əgər bu gün büdcənizdə artım etmək fikriniz varsa, bəri başdan təxirə salın. Əks təqdirdə cəhdləriniz boşa çıxacaq. Nahar ərəfəsində sevindirici hadisə və görüşlərə hazır olun.

ƏQRƏB - Təxminən saat 13-ə qədər ümumi ovqatınızda gərginlik hökm sürəcək. Həmin ərəfədə daha çox istirahətə yer verin. Nahardan sonra isə əməkdaşlıq zəminində irəliləyişlər mümkündür.

OXATAN - Digər od ünsürlü bürclər kimi bu gün sizin də ümumi əhvalınız yüksək səviyyədə olacaq. Reallıqla ayaqlaşmaqla ötən həftələrdən qalmış problemlərinizi aradan qaldırmağa çalışın.

OĞLAQ - İşgüzarlığınız artdığından gün ərzində qarşınıza çıxan bütün maneələri aradan qaldıracaqsınız. Şəxsi işlərinizdə müsbət dönüş də baş verəcək. Nahardan sonrasa qonaq getməyə çalışın.

SUTÖKƏN - Qayğılarla dolu olan bu tarixdə iş yoldaşlarınız və ya qonşularınızla münasibətləri məcrasından çıxarmayın. Hummanistlik edin. Bu gün uzaq yola çıxmaq, qonaq getmək səmərəlidir.

BALIQLAR - Kifayət qədər passiv təqvimdir. Qeyri-adi hansısa xeyir əldə etmək fikrindən daşının. Hətta adi sövdələşmələr üçün də uğurlu ərəfə deyil. Günün ikinci yarısı ziyarətə getməyiniz məsləhətdir.


Müəllif: