13 İyul 2015 14:58
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Teleqraf.com nazirliyin saytına istinadən müraciəti və təhlükəsizlik qaydalarını təqdim edir:

Yayda çimərlikdə xoş zaman keçirmək üçün hər birimiz təhlükəsizlik qaydalarını bilməliyik.

Çimərlikdə qadağandır:

  • nəzərdə tutulmamış ərazilərdə çimmək;
  • çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
  • küləkli havada dənizə girmək;
  • çimərlikdə gecələmək,
  • sərxoş halda çimərlikdə olmaq;
  • suda kobud hərəkətlər etmək;
  • çimərlikdə balıq tutmaq;
  • xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

  • Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
  • Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!
  • Çimərliklərdə istirahət saat 9.00-dan 21.00-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!



Müəllif: