13 İyul 2015 16:43
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda hərrac komissiyalarının yaradılması ilə bağlı fikirlər deyilsə də, hələlik bir qərar verilməyib.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu proseslə bağlı hər hansı açıqlama verməsə də, bu günlərdə Sumqayıtda komitənin təşkilatçılığı ilə keçirilən iclasda yaxın günlərdə prosesə start veriləcəyi qeyd edilib.

Məsələ ilə bağlı Teleqraf.com-a münasibət bildirən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib ki, istənilən halda bələdiyyələrin mənafeyini qoruyan, onları komissiyada təmsil edən nümayəndə olmalıdır. Təəssüf ki, bu balans Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi fəaliyyəti dövründə qorunmadı, üstəlik bələdiyyələr cəmiyyətdə “torpaqsatan” qurum kimi təqdim edildi: “Artıq nə komitə var, nə dəki həmin hərrac komissiyaları. İlk hərrac komissiyalarında iki nəfər torpaq komitəsini, bir nəfər rayon icra hakimiyyətini, bir nəfər yerli ictimaiyyəti və bir nəfər bələdiyyəni təmsil edirdi. Məhz bu addımla ədalət prinsipi pozuldu. Yəni rayonlarda olan çoxsaylı bələdiyyəni komissiyada bir nəfər təmsil etdi”.

QHT sədrinin sözlərinə görə, rayonda olan bütün bələdiyyə sisteminin bir nəfər təmsil etməsi düzgün hal deyildi. Bununla barışmaq olmazdı. Fikrimcə, yeni yaradılacaq strukturda bu ədalətsizlik olmayacaq, bələdiyyələrin hərrac komissiyalarında təmsilçiliyi ədalətli olacaqdır.

BƏXTİYAR


Müəllif: