13 İyul 2015 22:36

Bu dəfəki görüş-müzakirə qardaş Qazaxıstanı gənclərə daha yaxından tanıtmaq məqsədi daşıyıb

Parlamentdə təmsil etdiyi Tovuz rayonunda gənc nəslin kitaba dönüşü, milli-mənəvi dəyərlərimizə, mənsub olduğumuz dəyərlərə daha yaxından yiyələnmələri üçün silsilə tədbirlər düzənləyən dos.dr.

Qənirə Paşayeva, bugünlərdə növbəti görüş-müzakirə təşkil edib. "Türk dövlət və toplumlarını yaxından tanıyaq" silsiləsindən təşkil olunan tədbirdə ən böyük əraziyə malik müstəqil türk dövləti Qazaxıstan haqqında maraqlı tanıtım müzakirələri aparılıb. Qardaş Qazaxıstanla respublikamız, o biri türk respublikaları arasındakı əlaqələr barədə danışılıb.

Qardaş Qazaxıstanın lideri Nursultan Nazarbayevin Azərbaycana şəxsi simpatiyasından söz açan Qənirə Paşayeva, onun qiymətli fikirlərinin yer aldığı “Qazaxıstan yolu” kitabının Azərbaycanda nəşr olunduğunu diqqətə çatdırıb, özünün Qazaxıstana səfərlərindən aldığı təəssüratları bölüşüb.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi ilə Azərbaycan dilində nəşr edilən ünlü “Qazaxıstan yolu” kittabını tədbirdə iştirak edən gənclərə hədiyyə edib və onları oxumağa səsləyib.

Millət vəkili həmçinin rayonda bir çox məktəblərin kitabxanalarına da kitab hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, növbəti görüş qardaş Özbəkistanla bağlı olacaq və gənclərimiz qardaş ölkə və toplumları, onlarla əməkdaşlığımızın bu günü və gələcək prespektivləri barədə məlumatlı olmalıdırlar.









Müəllif:
Загрузка...