14 İyul 2015 15:55
437

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin yekunları ilə bağlı tədbir keçirilib.

Teleqraf.com-un verdiyi məlumata görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatın yaranması və inkişaf yolu barədə danışıb. Onun sözlərinə görə, "Əkinçi" qəzetində milli özünüdərklə bərabər milli-mənəvi dəyərlər məsələsi də yer alıb.

Şura sədri qeyd edib ki, müsabiqəyə 45 yazı təqdim olunub:"Yazı müsabiqəsinin qalibləri ilə yanaşı həm də 10 iştirakçıya həvəsləndirici mükafatlar təqdim ediləcək".

DQİDK-nın sədri Mübariz Qurbanlı deyib ki, milli mətbuatla bağlı regionlarda tədbirlər keçirilir və anti-Azərbaycan siyasətin qarşısının alımasında medianın rolu çatdırılır. Onun sözlərinə görə, mətbuatın son illər həyata keçirdiyi fəaliyyət, gördüyü işlər təqdirəlayiqdir: "Biz bunun nəticələrini I Avropa Oyunları ərəfəsində də gördük".

M.Qurbanlı deyib ki, yaxın vaxtlarda milli-mənəvi dəyərlərlə bağlı jurnalistlər üçün 3 günlük seminar təşkil ediləcək.

Təbdirdə millət vəkili Bəxtiyar Sadıqov, professor Cahangir Məmmədli, Nəsir Əhmədli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı çıxış ediblər. Sonda qaliblər mükafatlandırılıb.

BƏXTİYAR


Müəllif: