14 İyul 2015 19:15
593
12 Punto 14 Punto 16 Punto 18 Punto


Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzində “14 iyul 1969-cu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 46-cı ildönümüdür” mövzusunda tədbir keçirilib. FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə Muğan Regional Mərkəzinin və Muğan Regional Yanğın Nəzarəti İdarəsinin əməkdaşları iştirak edib.


Tədbiri giriş sözü ilə açan Muğan Regional Mərkəzinin rəisi, polkovnik Mehman Axundov milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsində Heydər Əliyevin müstəsna rolundan söhbət açıb.

Mərkəzin rəis müavini Tural Müseyibov 14 iyul 1969-cu ilin Azərbaycan tarixində dönüş ili olduğunu bildirib. T. Müseyibov 46 il öncə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə respublika iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklərin baş verdiyini, ölkənin öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb.

Muğan Regional Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət polkovnik-leytenantı Vüqar Dadaşov öz çıxışında Heydər Əliyevin dünya siyasətinə təsir etmək gücündə bir siyasətçi olduğunu qeyd edib.

Tədbirə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-çarx nümayiş olunmaqla yekun vurulub.


Müəllif: