15 İyul 2015 08:51
319

Skuterin yanacağının qurtarması səbəbindən 1 nəfər dənizdə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda skuterin yanacağının qurtarması səbəbindən 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Vətəndaş nazirliyin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.


Müəllif: