15 İyul 2015 14:08

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyi digər dövlət strukturları ilə birlikdə başqa ölkələrdə aviabiletlərin qiymətlərinin təhlilinə və müqayisəsinə başlayıb.

Bunu Trend-ə nazirlikdən deyiblər.

Nazirlikdən bildiriblər ki, Azərbaycanda və digər ölkələrdə aviabiletlərin qiymətlərinin müqayisəli təhlili aparılacaq.

Təhlilin nəticələrinə görə aviabiletlərin qiymətləri ilə bağlı müvafiq təkliflər hazırlanacaq.


Müəllif:
Загрузка...