15 İyul 2015 17:10
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AMEA-nın İnsan Hüquqları İnstitutunda "Azərbaycanın işğal altındakı ərazilərində erməni vandalizmi" adlı qısametrajlı sənədli filmin təqdimatı keçirilib.

Filmdə Azərbaycanın işğal altındakı ərazilərindəki xristian dövrü bazillikalar və monastrların üzərindəki ornamentlərin ermənilər tərəfindən dəyişdirilməsi barədə söhbət açılır. Ermənilərin bu ərazilərdəki abidələrə erməni kilsəsi statusu verməsi xüsusi həyəcanla təqdim edilir.

Tədbirdə çıxış edən İnsan Hüquqları İnstitutunun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova bildirib ki, institut uzun illərdir erməni araşdırmaları ilə məşğul olur. Onun sözlərinə görə, erməni vandalizmi ilə bağlı Azərbaycanın İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov işğal altındakı abidələrlə bağlı kitab yazıb: "Xarici İşlər Nazirliyi ilə birgə beynəlxalq aləmə yayılması və həqiqətlərin dünyaya çatdırılması üçün institut tətəfindən həmin kitab bir neçə dilə tərcümə edilir. Bu gün həmin kitab əsasında film çəkilib. Son iki əsrdə ermənilər tərəfindən nəinki fiziki, eyni zamanda mənəvi terrora məruz qalmışıq".

Azərbaycan İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, işğal olunmuş ərazilərdəki abidələrə qarşı törədilən vandalizm hərəkətləri ilk dəfə olaraq bu filmin timsalında ərsəyə gətirilib: "Burada bizim üstünlüymüz odur ki, ermənilərin elm adamları belə abidələrə qarşı törədilən vandalizmi özləri ifşa edir".

BƏXTİYAR


Müəllif: