16 İyul 2015 11:13

Azərbaycan Milli Mətbuatının yaranmasının 140-cı ildönümünə həsr olunmuş silsilə yubiley tədbirləri davam etdirilir.

Movqe.az-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Azərbaycan Mətbuat Şurasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonunda "Azərbaycan milli mətbuatı - 140: inkişaf yolu və müasir dövrün çağırışları" mövzusunda növbəti regional konfrans işə başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba rayon icra hakimiyyətinin başçısının birinci müavini Yusif Abidov, bölgə rayonlarının icra hakimiyyətlərinin məsul əməkdaşları, yerli qəzetlərin, habelə ­Bakıda fəaliyyət göstərən 10-dək qəzetin baş redaktorları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının inkişafında böyük xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin Quba rayonundakı abidəsini ehtiramla yad edərək önünə gül dəstələri qoyublar. Daha sonra tədbir iştirakçıları Quba Rayon Heydər Əliyev Mərkəzində rəssam Kərim Kərimovun karikaturalarından ibarət sərgiyə baxış keçirdilər. Konfras Quba Rayon Heydər Əliyev Mərkəzinin yığıncaq zalında işə başladı.


Müəllif:
Загрузка...