16 İyul 2015 15:40
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Millib QHT Forumunda Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı tədbir keçirib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən MQF-nin prezidenti Rauf Zeyni qeyd edib ki, milli mətbuatın əsasının qoyulması Azərbaycan tarixində mühüm hadisələrdəndir. O, "Əkinçi" və onun əsasını qoyan Həsən bəy Zərdabi haqqında geniş söhbət açıb: "Onun kimi şəxsiyyətləri öyrəndikdə görürük ki, bu gün biz heç nə etməmişik. Bu gün ölkə rəhbərliyi tərəfindən həm vətəndaş cəmiyyəti, həm mətbuata ciddi şəkildə diqqət və qayğı var. Vətəndaş cəmiyyətinin də inkişafında medianın çox böyük rolu var. Məhz bu səbəbdən bir sıra media orqanlarını mükafatlandıracağıq".

Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu dryib ki, milli mətbuatımız uzun bir yol keçib. O, mətbuat tarixinə nəzər salaraq, "Əkinçi"dən başlanan yol və onun əsasını qoyan Həsən bəy Zərdabinin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb:"Milli Mətbuat Günü ona görə bütün ölkə üzrə qeyd edilir ki, bu gün Azərbaycanın qazandığı uğurlarda mətbuatın rolu var. Biz bunu son olaraq I Avropa Oyunları ərəfəsində də bariz nümunəsini gördük".

Daha sonra jurnalistlər mükafatlandırılıb.

Bəxtiyar


Müəllif: