17 İyul 2015 08:05
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəllimlərin işə qəbulu üzrə ümumilikdə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərinin ərizəsi qəbul olunub”. Təhsil Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləri olub.

Məlumatda bildirilir ki, ibtidai sinif üzrə 6440 nəfər (29.54%), Azərbaycan dili və ədəbiyyat fənni üzrə 2971 nəfər (13.63%), ingilis dili fənni üzrə 2354 nəfər (10.80%), riyaziyyat fənni üzrə 1916 nəfər (8.79%), tarix fənni üzrə 1260 nəfər (5.78%), informatika fənni üzrə 1152 nəfər (5.28%), fiziki tərbiyə fənni üzrə 974 nəfər (4.46%), coğrafiya fənni üzrə 954 nəfər (4.37%), biologiya fənni üzrə 804 nəfər (3.68%), fizika fənni üzrə 778 nəfər (3.56%), kimya fənni üzrə 665 nəfər (3,05%), texnologiya fənni üzrə 475 nəfər (2.17%), təsviri incəsənət fənni üzrə 289 nəfər (1.32%), musiqi fənni üzrə 211 nəfər (0.96%), rus dili fənni üzrə 180 nəfər (0.82%), rus dili və ədəbiyyatı fənni üzrə 151 nəfər (0.69%), fransız dili fənni üzrə 118 nəfər (0.54%), alman dili fənni üzrə isə 103 nəfər (0.47%) elektron ərizə verib.

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər Bakı şəhəri (351 yer - 10.14%), Cəlilabad rayonu (202 yer - 5.83%), Laçın rayonu (180 yer - 5.20%), Quba rayonu (172 yer - 4.96%) və Lerik rayonudur (165 yer - 4.76%).


Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti 35 yaşadək gənclər (19 911 nəfər, 91.36%) olub. Namizədlərin 1661 nəfəri (7.62%) 35-50 yaş, 223 nəfəri (1.02%) 50-65 yaş aralığındadır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il tarixlərdə aparılacaq. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılıb.


Müəllif: