18 İyul 2015 20:10
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Azərbaycan diasporunun tanınmış üzvü, Sovetlər İttifaqında kosmonavtikanın banilərindən biri olmuş general Kərim Kərimovun qızı texniki elmlər doktoru, professor Sürəyya Kərimova vəfat edib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Sürəyya Kərimova iyulun 20-də Moskvanın Vaqankovski qəbristanlğında atasının məzarı yaxınlığında dəfn ediləcək.


Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib. Bu, onun öz vəsiyyətinə uyğun olaraq edilib. Belə ki, Sürəyya Kərimova sağlığında atası Kərim Kərimovun məzarının yanında dəfn olunmasını vəsiyyət edib. Lakin Kərim Kərimovun məzarının yanında yer olmadığından onun nəşinin yandırılaraq dəfn olunması qərara alınıb.


Müəllif: