19 İyul 2015 11:14
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.


Sərnişinlərin Publika.az-a verdiyi məlumata görə, metronun “Elmlər Akademiyası” stansiyasında qatar 19 dəqiqə gecikib.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı təsdiq edib. Onun spzlərinə görə 34 saylı xətt üzrə hərəkət edən qatarda yaranmış nasazlığa görə, sərnişinlər “20 Yanvar” stansiyasında düşürülüb.


“Qatar depoya yola salındığından Elmlər Akademiyasında dayanmayıb. Ona görə də sərnişinlər gcikmə olduğunu düşünüb”, - Paşayev əlavə edib.

N.Paşayev hazırda problem olmadığını və bayram günləri ilə əlaədar metroda sıxlıq yaşanmadığını da bildirib.


Müəllif: