20 İyul 2015 17:15

Qaradağ rayonu ərazisində kafe yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 600 kv.m olan “DƏNİZ” kafesinin yanar konstruksiyaları və əşyaları 170 kv.m sahədə (zal, 3 köməkçi otaq və dam örtüyü) yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...