21 İyul 2015 11:35

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyinatından bir il ötür. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Mübariz Qurbanlı təyin edilib. Ötən müddət ərzində DQİDK-nın fəaliyyətində nəzərə çarpacaq dərəcədə ciddi işlər həyata keçirilib.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, həqiqətən son bir ildə DQİDK-nın yüksələn xətt üzrə inkişafı müşahidə edilib: “Prezident İlham Əliyev tərəfindən Mübariz Qurbanlının bu komitəyə sədr təyinatından sonra ölkədə milli mənəvi dəyərlərinin qorunması, müsəlman və qeyri- müsəlman dini icmalara hərtərəfli dəstəyin göstərilməsi, maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində uğurlu fəaliyyətləri görə bildik. Xüsusilə, radikal dini qruplara qarşı mübarizədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, şəxsən sədr Mübariz Qurbanlının tutduğu cəsarətli mövqe Azərbaycan ictimaiyyəti tərəfindən təqdir olunur. Həmçinin, radikalizmin qarşısının alınması istiqamətində xeyli sayda dini ədəbiyyatlar, müxtəlif mövzulu nəşr nümunələri işıq üzü görüb.

Ötən bir il ərzində Mübariz Qurbanlının ölkə boyunca bütün regionlarda müxtəlif dini və məzhəbləri təmsil edən insanları şəxsən dinləməsi, onların problemlərinin həll olunması faktı sevindirici hadisədir. Onu da qeyd etməliyəm ki, komitə mütəmadi olaraq Qafqaz Müsəlmanları İdarəsi ilə qarşılıqlı etimad çərçivəsində dövlət-din münasibətlərinin daha da səmərəli inkişafı istiqamətində uğurlu fəaliyyət qura bildi”.

BƏXTİYAR


Müəllif:
Загрузка...