21 İyul 2015 13:08
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illik yubileyi münasibətilə “İRƏLİ” İctimai Birliyi media təmsilçilərilə görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, “İRƏLİ” İB-in rəhbəri MirHəsən Seyidov mətbuatın cəmiyyətin həyatındakı rolundan, həmçinin kütləvi informasiya vasitələri ilə qurum arasındakı sıx əlaqələrdən də danışıb.

Qeyd edilib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Daha sonra isə M.Seyidov tərəfindən mətbuatla bağlı görülən işlərə dair hesabatı diqqətə çatdırıb. Qeyd edək ki, İrəli ictimai Birliyi artıq bir illik fəaliyyətində 45-dən çox KİV-lə əməkdaşlıq edib.

Daha sonra Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələrinə “İRƏLİ” İctimai Birliyi tərəfindən hədiyyələr təqdim olunub.

BƏXTİYAR


Müəllif: