21 İyul 2015 16:27
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya hallarına qarşı ciddi mübarizə aparılır.

Trend-in məlumatına görə, bunu Xidmətin rəisi general-leytenant Arzu Rəhimov milli mətbuatın 140 illiyi ilə bağlı jurnalistlərlə keçirdiyi görüşdə deyib.

A.Rəhimov qeyd edib: "İstisna etmirik ki, kimsə-kimsədən nəsə istəyir. Amma buna ilk növbədə şərait yaradan vətəndaşlardır. Kimdə belə fakt varsa, məlumatı versin, araşdıraq".

Onun sözlərinə görə, Xidmət çalışır ki, orduya gedən şəxslər hazırlıqlı olsunlar: "Biz ordu üçün sürücülərdən başqa aşpaz, paraşütçülər, snayperlər, kəşfiyyatçılar, atıcılar hazırlayırıq. Bu işdə KİV-lərin rolu böyükdür".

A.Rəhimov bildirib ki, KİV-lərdə dövlət təhlükəsizliyi ilə bağlı məsələlərdə çox diqqətli və incə yanaşma olmalıdır.


Müəllif: