21 İyul 2015 17:48
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində bu gün Azərbaycan Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.



Tədbirdə çıxış edən Xidmət rəisi, general-leytenant Arzu Rəhimov Azərbaycan dövlətinin mətbuata xüsusi diqqətindən danışıb: “Prezident cənab İlham Əliyev Azərbaycan mətbuatına həmişə xüsusi qayğı göstərir. Cənab Prezidenti Milli Mətbuatın 140 illiyi ilə bağlı imzaladığı sərəncam jurnalistlərimizə dövlətin diqqətinin bariz nümunəsidir. Bizim Xidmət həmişə mətbuatla sıx əməkdaşlıq edir və bundan sonra da belə olacaq. Lakin əlaqələrimizi daha da genişləndirmək lazımdır. Xüsusilə mətbuat vətənpərvərliyin təbliğini genişləndirməli, gənclərin milli ruhda inkişafı üçün çalışmalıdır”.



General-leytenant informasiya yayımında neqativ hallara da toxunub. Bildirib ki, bir sıra media orqanları dövlət sirri anlayışını tam dərk etmir və buna zidd olaraq, informasiyaların yayılmasına cəhdlər göstərirlər.



“Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti ilə jurnalistlər bu tipli neqativ hallara qarşı birgə mübarizə aparmalıdır. Hər bir qurumda çatışmazlıqlar, müəyyən neqativ hallar ola bilər. O cümlədən bizim Xidmətdə də müəyyən çatışmazlıqlar mövcuddur. Bu cür hallara qarşı biz birgə mübarizə aparmalıyıq”, - deyə Xidmət rəisi vurğulayıb.



Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə fəal əməkdaşlıq edən bir qrup jurnalistə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.



Mükafatlandırılanlar arasında Publika.az informasiya portalının da əməkdaşı var.



Asif


Müəllif: