22 İyul 2015 08:34
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda kənd yaşayış məntəqələrinin qazlaşdırılması sürətlə davam etdirilir.

Teleqraf.com rayon icra hakimiyyətinə istinadla xəbər verir ki, Kürdəmirin daha 4 yaşayış məntəqəsində - Ərşəli, Karrar, Çöl-Ərəb və Ərəbxana kəndlərində qaz xətlərinin çəkilişi başa çatır. Yaxın vaxtlarda bu kəndlərdə 1029 fərdi mənzil “mavi yanacaq”la təmin olunacaq.

Qeyd edək ki, bu yaxınlarda Garıs-Əyribənd kəndi də qazlaşdırılıb. Hazırda rayonun Karrar qəsəbəsində, Ərəbqubalı, Məhərrəmli, Sor-Sor, Muğanlı, Köhünlü və Muradxan kəndlərində qazlaşdırma işləri davam etdirilir.


Müəllif: