22 İyul 2015 01:31
2 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin bu vaxtları Ermənistan qoşunlarının təmas xəttində ağır yaralanan əsgərlərimizdən biri, Əsgərov Elvin Mayıl oğlunun bu gün Sabirabad rayonunda toy mərasimi olub.

Modern.az saytının məlumatına görə, toy Yeni Azərbaycan Partiyası və Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunub.

Toyda millət vəkilləri Məlahət İbrahimqızı və Sevinc Hüseynova, Sabirabad rayon icra hakimiyyətinin başçısı, YAP Sabirabad rayon təşkilatının rəhbərliyi iştirak edib.

Xatırladaq ki, erməni diversiya-təxribat cəhdlərinin qarşısını alınarkən yaralanan Elvin Əsgərov ötən ilin avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınmışdı.


Onun müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.


Müəllif: