22 İyul 2015 11:41
1 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Birminqham Universitetində dünyanın ən qədim Quran nümunələri tapılıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, əlyazmalardan ibarət olan bu nümunələrin 1370 il yaşı olduğu bildirilir.

Müqəddəs Quranın nümunələri bir əsrə qədər müddət ərzində Universitetin kitabxanasında aşkar olunmamış halda qalıb.

Belə ki, bu əlyazmalar Yaxın Şərq kitabları və əlyazmaları ilə birgə saxlanılıb və onların dünyada Quranın ən qədim nümunələrindən olması müəyyən edilməyib.


Müəllif: