22 İyul 2015 12:19

"Azərbaycan Hava Yolları QSC ilə bağlı baş idarədə araşdırma aparılmır. Bununla bağlı hər hansı bir şikayət yoxdur. Biz özbaşına araşdırma apara bilmərik. Sovet dövründə olduğu kimi prokurorluq ümumu nəzarət aparmır. Şikayət olandan sonra prokurorluq tərəfindən araşdırma aparılır”.

Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev mətbuatda AZAL-la bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Hava yollarında qiymətlərlə bağlı məsələyə gəldikdə isə, bununla bağlı AZAL rəhbərliyi tərəfindən müəyyən addım atılıb”, -deyə idarə rəisi qeyd edib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...