23 İyul 2015 12:15

ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland Azərbaycana gəlib.

Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində R.Hoqlandın Azərbaycan rəsmiləri ilə görüşü keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı məsələsi müzakirə olunacaq.


Müəllif:
Загрузка...