23 İyul 2015 13:25
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

49 yaşını qeyd edən “Yeni Müsavat” qəzetinin baş redaktoru doğum günü təəssüratlarını Publika.az-la bölüşüb.

Baş redaktor doğum gününü təbrik edənlərin sayının çox olduğunu deyib: “İki mindən çox təbrik almışam. Bununla yanaşı, önəmli dostlar, tanışlar, doğmalar təbrik edirlər. Bu da çox böyük təəssürat yaradır. Bir insanın doğum gününü minlərlə insan təbrik edirsə, dəstək verirsə, ona dua oxuyursa, bu olduqca gözəl haldır”.

R. Arifoğlu Milli Mətbuatımızın 140 illik yubileyində “Əməkdar jurnalist” fəxri adı alması haqda da danışıb.

“Bu, Azərbaycan mediası tarixində önəmli hadisədir. Bu, mənim missiyamın davamı kimi tarixdə qalacaq. İnsanların çoxu nə baş verdiyini anlayır. Bunu anlamayan müəyyən azlıq da var ki, onlar bədxahlarımızdır. Hesab edirəm ki, onlar da anlayacaq. Anlamayanlar isə peşman olacaqlar. Bu baxımdan heç bir problemimiz yoxdur. Bundan sonra da tutduğumuz yolu davam etdirəcəyik. Qəzetçilik velosipedin üzərində dayanmaq kimi bir şeydir. Velosipedçi dayananda yıxılır. Qəzetçi də dayandısa, yıxılacaq. Biz dayanmırıq və yolumuza, fəaliyyətimizə davam edirik”, - deyə baş redaktor diqqətə çatdırıb.


Müəllif: