23 İyul 2015 18:11
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir qrup QAT üzvü Şəhidlər Xiyabanından Bakı Şəhər İcra Hakimiyyətinə qədər yürüş edib.

QAT-dan Teleqraf.com-a verilən məlumata görə, yürüşdə məqsəd Şəhidlər Xiyabanındakı bir sıra problemləri şəhər hakimiyyətinin diqqətinə çatdırmaq olub. BŞİH-in Aparat rəhbəri Rasim Quliyev, sonra isə icra başçısı Hacıbala Abutalıbov Akif Nağı başqda olmaqla QAT üzvülərini qəbul ediblər. QAT nümayəndələri Şəhidlər Xiyabanındakı Qarabağ müharibəsi şəhidlərinin məzarlarının ağaclar arxasında gizlədilməsi, bəzi şəhid məzarlarının pis vəziyyətdə olması, baş daşlarının əyilməsi, yazıların oxunmaz hala düşməsi, sinə daşlarının çatlaması, məzarların ətrafında abadlıq işlərinin aparılmasına ehtiyac olması, Xiyabana gedən avtobus marşrutlarının olmaması, paytaxtda Qarabağla bağlı lövhələrin, plakatların, videoçarxların olmaması ilə bağlı problemləri diqqətə çatdırıblar.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyilən problemlərin böyük əksəriyyəti ilə bağlı dərhal tapşırıqlarını verib, tapşırıqların içrası üçün avqustun 15- nə qədər vaxt müəyyənləşdirib. Yalnız şəhid məzarlarının qarşısını kəsən ağacların götürülməsi ilə bağlı razılıq əldə olunmayıb. H.Abutalıbov bu məsələləri qaldırdıqlarına görə QAT üzvlərinə təşəkkür edib, lakin ağaclarla bağlı məsələnin çətin olduğunu, amma bu barədə də düşünəcəyini bildirib.

BƏXTİYAR


Müəllif: