24 İyul 2015 10:01
474

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) “Azərbaycanın işğal olunmuş ərazilərində doğulan görkəmli şəxsiyyətlər” adlı ingilis və rus dillərində sənədli filmin hazırlanması ilə bağlı lahiyəhəsini başa çatdırıb.

SİMİB sədri Anar Xəlilovun Teleqraf.com-a verdiyi məlumata görə, Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ingilis və rus dillərində “İşğal olunmuş istedadlar diyarı” adlı sənədli film çəkilib. Film erməni saxtakarlığına qarşı Azərbaycanın Qarabağ bölgəsinin tarixi şəxsiyyətləri haqqındadır.

Layihədə işğal altında qalan ərazilərimizin Azərbaycana məxsusluğunun sübutu istiqamətində bu ərazilərdə doğulan yerli azərbaycanlılar arasında formalaşan tarixi şəxsiyyətlərin dünyaya və ölkəmizə elmi, mədəni, ictimai-siyasi fəaliyyətləri ilə bəxş etdikləri töhfələr haqqında məlumatlar öz əksini tapıb. Saxtakarlığa alışmış erməni təbliğat maşını sosial şəbəkələrdə rus dilində “Qarabağın erməni şəxsiyyətləri” haqqında film yayımlamışdılar. Filmdə saxta obrazlarla yanaşı, bəzi türk əsilli Azərbaycanın tarixi şəxsiyyətləri də erməniləşdirilərək təqdim olunmuşdur. Heç bir faktlara söykənməyən saxtakarlıqlarla dünya ictimaiyyətini çaşdırmağa səy göstərirlər. Hesab edirik ki, bu filmin hazırlanması ilə biz bu çirkin təbliğatın qarşısının alınması istiqamətində öz töhfəmizi vermiş olduq.

Xatırladaq ki, SİMİB buna qədər üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaş" kitablarını, ingilis dilində “Qarabağın xristian abidələri” kitabını, və ingilis dilində "Qafqazın konservatoriyası" və “Qarabağın mədəniyyət xəzinələri” filmlərini hazırlayıb.

BƏXTİYAR


Müəllif: