24 İyul 2015 12:44

Dövlət Sosial Müdafiə Fondunda sığortaolunanların fərdi uçot sisteminin qurulması prosesində fərdi uçota alınanların sayı cari ilin 6 ayı ərzində 122,5 min nəfər artaraq 01 iyul 2015-ci il tarixə 3 milyon 98 min nəfərə çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə KİV nümayəndələrinə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki, bu, Azərbaycan Respublikası Prezidentinin ölkədəki yeni iş yerlərinin yaradılması və iqtisadiyyatın dayanıqlı inkişafı siyasətinin uğurlu nəticələrindəndir.

Elman Mehdiyev cari ilin birinci yarısında sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumatların qəbulu prosesinin uğurla aparıldığını vurğulayaraq, fondun internet saytında fərdi şəxsi hesablarda əks olunan məcburi dövlət sosial sığorta haqlarının məbləği barədə sığortaolunanların məlumatlandırılması xidmətinin öz fəaliyyətini davam etdirdiyini bildirib: “Bu xidmət çərçivəsində hər bir sığortaolunan fərdi şəxsi hesabında əks olunan pensiya kapitalı, iş yerləri üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları maneəsiz əldə etmək imkanına malikdir ki, bütün bunlar işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir”.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...