24 İyul 2015 20:05
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar şəhidləri İlham və Fərizənin ailəsi İTV rəhbərinə məktub ünvanlayıb.

20 Yanvar şəhidləri İlham və Fərizənin ailə üzvü - İlham Allahverdiyevin böyük qardaşı Elxan Allahverdiyev ailə adından İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Cəmil Quliyevə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli Cəmil müəllim!

Əvvəlcə icazə verin, xalqımızın mədəniyyətinin, mənəviyyatının keşiyində ləyaqətlə dayandığına, tariximizin, mədəniyyətimizin təbliğində tutduğu önəmli yerə görə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri kimi Sizə Azərbaycanın sadə tamaşaçıları olaraq minnətdarlığımızı bildirək. Rəhbərlik etdiyiniz televiziya bu baxımdan həqiqətən örnəkdir.

Hörmətli Cəmil müəllim!

Bu il iyul ayının 23-də rəhbərlik etdiyiniz televiziyanın istehsalı olan 20 Yanvar şəhidləri İlhamla Fərizədən bəhs eləyən sənədli film hər birimizi riqqətə gətirdi. Filmdə İlhamın Vətən uğrunda canından keçdiyi, Fərizənin isə həmişə bağlı olduğu İlhamı üçün canını fəda etdiyi, bu iki gəncin ölməz məhəbbəti o qədər gözəl əks olunmuşdu ki, hər birimiz sanki İlhamı, Fərizəni yenidən gördük, onların xatirəsinin və sevgilərinin həqiqətən xalqımızın qəlbində əbədi yaşayacağına bir daha əmin olduq. Buna görə, ailəmiz adından başda Siz olmaqla İctimai Televiziyanın kollektivinə minnətdarlığmızı bildiririk.

Hörmətli Cəmil müəllim!

Sizə Azərbaycanımız üçün gördüyünüz bu kimi bütün xeyirxah işlərdə uğurlar arzulayırıq.

Hörmətlə,
20 yanvar şəhidləri İlham və Fərizə Allahverdiyevlər ailəsi adından Elxan Allahverdiyev.
Bakı şəhəri,
24 iyul 2015-ci il”

Qeyd edək ki, “Yazılmamış sevgi dastanı” filminin ssenari müəllifi Lütfi Nəzəroğludur.


Müəllif: