26 İyul 2015 02:03
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Həsən bəy Zərdabinin 1897-1907-ci illərdə Bakı Şəhər Dumasındakı fəaliyyətini əks etdirən “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti (1897-1907)” (Deyatelnost Qasan Beka Melikova (Zardabi) v Bakinskoy Qorodskoy Dume (1897-1907) kitabı rus dilində çapa hazırlanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, 555 səhifədən ibarət kitabı tərtib edən və “Ön söz”ün müəllifi bu elm müəssisəsinin şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi Esmira Cavadova, elmi redaktoru institut direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovdur.

Kitab Əlyazmalar İnstitutunun iyulun 21-də keçirilmiş Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap edilib.


Nəşrdə tanınmış ictimai xadim və vətənpərvər ziyalı Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasındakı fəaliyyəti “Kaspi” qəzetinin materialları əsasında ilk dəfə işıqlandırılıb və Dumanın iclasları haqqında şərhlər verilib.

Kitab tarixçilər, iqtisadçılar, Həsən bəy Zərdabi irsini öyrənənlər və geniş oxucu kütləsi üçün faydalı ola bilər.


Müəllif: