27 İyul 2015 12:02
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun Yeni Novruzlu kəndinə təbii qazın verilişi bərpa edilib.

Teleqraf.com-un məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 252 abonenti olan Yeni Novruzlu kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19800 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 252 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Naibə QURBANOVA


Müəllif: