27 İyul 2015 12:15
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-26-da Ukraynanın Lvov şəhərində gənclərlə iş sahəsində çalışan liderlər üçün beynəlxalq təlim kursu keçirilib.

Teleqraf.com-un məlumatına görə, beynəlxalq tədbirdə Azərbaycanı Gənclər üçün Təhsil Mərkəzinin nümayəndəsi Elnur Axundov təmsil edib.

Təlimdə Azərbaycanla yanaşı, Macarıstan, Almaniya, Moldova, Ukrayna, Polşa, Belarusiya, Gürcüstan və digər ölkələrin gənc liderləri iştirak ediblər.

Təlimdə iştirakçı ölkələrdə gənclərlə iş, dövlətin gənclərə dəstəyi, gənclər təşkilatlarının fəaliyyəti və başqa sahələr üzrə məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.

Burada iştirakçılar üçün Azərbaycan mədəniyyət gecəsi keçirilib. Gecədə mərkəzin üzvü Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında iştirakçı dövlətlərin təmsilçilərinə məlumatlar verib, Azərbaycan haqqında hazırlanmış video çarxı, mədəni irs toplusu əhatə edilən slaydları, milli mətbəximizin yeməklərini nümayiş etdirib.

BƏXTİYAR


Müəllif: