27 İyul 2015 15:14
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə komitənin dəstəyi ilə tədbirlər təşkil edilir.

DİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə iyulun 26-da İsmayıllı şəhər “Cümə” məscidi dini icması tərəfindən “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində “İslamda vəhdət” adlı dəyirmi masa təşkil edilib. Tədbirə dini icma tərəfindən ekspert qismində Füzuli Hüsiyev dəvət olunub. Milli-mənəvi və dini dəyərlər, İslamdakı vəhdətin önəmi barəsində ətraflı söhbətlər və fikir mübadiləsi aparılıb. Daha sonra çay süfrəsi ətrafında davam etdirilən tədbirdə Şamaxı bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Tural İbrahimov iştirak edib.

İyulun 24-də isə İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində Diyallı kəndində “İslam sülh dinidir” adlı dəyirmi masa təşkil olunub. Tədbirdə Diyallı kənd məscidi dini icmasının üzvləri, İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının sədri Vasif Teymurov, ətraf kəndlərin imam və dini icma sədrləri, gənclər, o cümlədən Şamaxı bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi Tural İbrahimov da iştirak edib.

Dəyirmi masada milli-mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olduğu haqqında geniş söhbətlər aparılıb. Sonda ağsaqqallar, gənclər, habelə dini icma üzvləri bu formatda tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

BƏXTİYAR


Müəllif: