27 İyul 2015 16:54
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyulun 25-də II və III ixtisas qrupları üzrə (cari ilin məzunları üçün) keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyadan Teleqraf.com-a verilən məlumata görə, abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytı vasitəsi ilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olamayan abituriyentlər iştirak edə bilərlər.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.


Müəllif: