28 İyul 2015 11:56
224

“Azərbaycanda cinayətkar uşaqların sayı artıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasıya və Analitik Araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova deyib. Bunun səbəbi mətbuatda verilən informasiyalardır: "Uşaqlar depressiyada olurlar və onlar diqqət çəkmək üçün cinayət edirlər. Bu məsələdə valideyn məsuliyyətsizliyi əsas rol oynayır. Komitə tərəfindən bir müddət əvvəl valideyn məsuliyyətsizliyi ilə bağlı qanun layihəsi hazırlanıb. Həmin qanunda bu problemlə bağlı məsələlər öz əksini tapıb. Biz çox yaxınlarda bunun müsbət tərəfini görəcəyik. Bu uşaqların çoxu öz rayonlarında deyil, gedib başqa bur yerdə bu cinayətləri törədirlər. Bu cür halların qarşısının alınmasının əsas yolu maarifləndirmədir".


Müəllif: