29 İyul 2015 11:49
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abituriyentlərə kömək üçün yeni vəsaitlər çap olunub

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi iyulun 30-dan avqustun 11-dək aparılacaq. Qəbul aparılan ixtisaslar və onların kodları, ixtisaslar üzrə plan yerləri "Abituriyent” jurnalının 4-cü sayında təqdim olunub.

Teleqraf.com xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə I, II, III və IV ixtisas qruplarının abituriyentləri üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər çap edib. Vəsaitdə təhsil formaları (dövlət sifarişli və ödənişli), Azərbaycan və rus bölmələri üzrə ayrılıqda və hər iki bölmənin birgə müsabiqəsinə aid qəbul planları, müsabiqəyə buraxılma şərtləri, eyni zamanda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına dair məlumatlar təqdim olunub.

Xatırladaq ki, abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali təhsili müəssisələrinə ötən ilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatlar ayrıca vəsaitlərdə çap olunub.

Sevil


Müəllif: