30 İyul 2015 11:08
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq xəbər verildiyi kimi, İspaniyanın San Sebastian şəhərində 22-30 avqust 2015-ci il tarixində kikboksinq üzrə yeniyetmələr və gənclər arasında Avropa Birinciliyi keçiriləcəkdir. Xatırladaq ki, yarışda gənc kikboksçularımız ölkəmizi təmsil edəcəklər.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev Teleqraf.com-a açıqlamasında yarışa hazırlığın yüksək səviyyədə davam etdiyini bildirib: “Federasiyanın ən təcrübəli məşqçiləri tərəfindən kikboksçuların hazırlıq məşqləri davam etdirilir. Güclü idmançılardan ibarət komanda heyətimiz var. Hazırda idmançılarımız arasında böyük ruh yüksəkliyi var. Biz bunu məşqlər zamanı müşahidə edirik. Bu, gedişatla yarışdan böyük uğurlar gözləyirik və inanırıq ki, nəticələr istədiyimiz kimi olacaq”.

Millət vəkili Avropa Oyunlarından sonra olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya idman növlərinə də böyük marağın yarandığını söylədi: “Düzdür, kikboksinq qeyri-olimpiya növünə daxil olsa da, bununla yanaşı, ölkədə bu idman növünə böyük maraq yaranıb.

Ümumiyyətlə, Avropa Oyunlarının ölkədə bütün idman növlərinin inkişafına böyük təsir göstərdiyi şübhəsizdir. Sıralarımız hər gün genişlənir. Bu gün federasiyanın minlərlə üzvü var. Klublarımızın fəaliyyəti artmaqdadır”.

BƏXTİYAR


Müəllif: