30 İyul 2015 12:41
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində günəşli, isti hava şəraiti yaxın 3 gün ərzində də müşahidə ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-da hava günəşli olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 35-38, bəzi yerlərdə isə 40 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 31-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.


Müəllif: