30 İyul 2015 16:46
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Şəmkir rayonunun Qaraqocalı və Çaylı, Sabirabad rayonunun Qaratuqay və Bulaqlı, Beyləqan rayonunun Allahyarlı və Yuxarı Kəbirli, Cəlilabad rayonunun Suluçeşmə və Zopun, Quba rayonunun Hacıqayıb və Mirzəqasım, Ağcabədi rayonunun Kəbirli, Aran və Şərəfxanlı kəndlərinə təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Teleqraf.com-un SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəmkir rayonunda keçirilmiş tədbirlərdə bildirilib ki, 79 abonenti olan Qaraqocalı kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 4801 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 12 ədəd siyirtmə, 79 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 116 abonenti olan Çaylı kəndinə də ilk dəfə təbii qaz verilib. Bu məqsədlə birpilləli sistem əsasında 21 236 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 40 ədəd siyirtmə, 116 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Sabirabad rayonunun Qaratuqay və Bulaqlı kəndlərinin qaz təchizatı bərpa edilib. 431 abonenti olan Qaratuqay kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 39 244 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 431 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 272 abonenti olan Bulaqlı kəndinin qazla təchizatı məqsədilə birpilləli sistem əsasında 15 606 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 272 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Beyləqan rayonunun Allahyarlı və Yuxarı Kəbirli kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti keçirilmiş tədbirdə qeyd olunub ki, ümumilikdə 326 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün birpilləli sistem 16 721 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 326 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Cəlilabad rayonunun Suluçeşmə və Zopun kəndlərinin təbii qaz təchizatının bərpası istiqamətində də mühüm işlər görülüb. Ümumilikdə 268 abonenti olan kəndlərin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 23 212 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 268 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İyulun 30-da Quba rayonunun daha iki kəndinə də təbii qaz verilib. 277 abonenti olan Hacıqayıb kəndinə təbii qazın bərpası məqsədilə birpilləli sistem əsasında 12 598 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 277 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 57 abonenti olan Mirzəqasım kəndinin ilk dəfə qazlaşdırılması üçün isə birpilləli sistem əsasında 6380 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 57 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağcabədi rayonunun Kəbirli, Aran və Şərəfxanlı kəndlərinin yenidən qazlaşdırılması məqsədilə keçirilmiş tədbirdə qeyd olunub ki, ümumilikdə 916 abonenti olan yaşayış məntəqələrinə təbii qazın verilməsi məqsədi ilə ümumi uzunluğu 69 590 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 916 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd ağsaqqalları, ictimaiyyət nümayəndələri yaşadıqları məntəqələrin qaz təchizatının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.


Müəllif: