30 İyul 2015 22:36
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 30-da Bakıda “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin “Hərəyə bir kitab bölüşək” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə İctimai Birliyin sədri Fərid Sadıxlı çıxış edərək ideya müəllifi Pərviz Almaszadə olan layihə barədə məlumat verib. O bildirib ki, sağlam düşüncə və mənəviyyat kimi dəyərləri özünə rəhbər tutan “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyinin əsas missiyası ölkə gənclərinin inkişafına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı olan gənc vətəndaşlar qazandırmaqdır.

Qeyd edilib ki, layihənin əsas məqsədi gənclər arasında kitab mütaliəsinə maraq yaratmaq, kitab oxumağın vərdiş halını alması üçün imkan yaratmaqdır. Bu aksiyaya qoşulmaqla gənclər seçilmiş kitabları mütaliə edəcək və sonra oxuduqlarını geniş auditoriyaya təqdim edəcəklər. Ən yaxşı kitab təqdimatçıları mükafatlandırılacaq.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev çıxış edərək layihənin gənclərin kitab oxumaq vərdişlərinin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, kitablar həyatımızın düzgün istiqamətlənməsində böyük rol oynayır. Çox sevindirici haldır ki, hazırda cəmiyyətimizdə kitaba marağı olan insanlar çoxdur. Kitablar bizim həyatımızda böyük rol oynayır. Biz kitablar vasitəsilə keçmişimizi öyrənirik və gələcəyimizi düzgün qurmaq imkanı əldə edirik.


Müəllif: