31 İyul 2015 00:56
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının (YTP) tikintisi işlərinə başlanılıb.

Rayon icra hakimiyyətindən Teleqraf.com-a bildirilib ki, ərazidən keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.

Hazırda Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılmaqdadır və ərazidə layihəyə uyğun olaraq tikinti işlərinə başlanılıb. Artıq birinci bina inşa edilir. “Showroom” (nümayiş zalı) adlanan bu bina istismara verildikdən sonra “Yüksək Texnologiyalar Parkı” MMC tərəfindən ilk mərhələdə inzibati-təsərrüfat obyekti kimi istifadə olunacaq.

Yaxın zamanda YTP-nin baş planının təsdiq edilməsindən sonra birinci fazaya daxil olan əsas binaların təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub.

Parkın müasir standartlar səviyyəsində qurulmasına böyük maliyyə vəsaiti tələb olunduğundan tikinti işlərinin dörd faza üzrə aparılacağı və parkın inşasının 5 ilə başa çatacağı planlaşdırılıb.


Müəllif: