18 Aprel 2014 14:59
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə Cinayət Prossesual Məcəlləyə dəyişiklik edib.

Teleqraf.com-un xəbərinə görə, bu haqda deputatlara Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, CPM-yə əsasən, şübhəli şəxs qismində tutlan şəxs 48 saatdan çox saxlanıla bilməz: “48 saat müddətində şübhəli şəxs ya azadlığa buraxılmalı, ya da barəsində həbs qətimkan tədbiri seçilməlidir. Təcrübə göstərir ki, bu vaxt yetərli deyil. İnkişaf edən ölkələrin də təcrübəsində saxlama genişdir. Məsələn, Danimarka və Norveçdə bu, 3 gündür. Elə ölkələr var ki, orada müddət altı gündür. Təklif edilir ki, real istintaq tədbirlərinin keçirilməsi, şübhəli şəxsin daha yaxından öyrənilməsi, istintaqın obyektiv aparılması üçün müddət 96 saata qaldırılsın".

BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, Əli Hüseynlinin təkliflərini dəstəkləyir: "Ancaq CPM 148.7 maddəsi ilə razı deyiləm. Məsələ toplantıların keçirilməsi ilə bağlıdır. Hesab edirəm ki, bu çıxarılmalıdır. Toplantını keçirən şəxslər inzibati xətalar əsasında cəzalandırıla bilər. Toplantıların qaydasını pozan şəxsə 2 gün müddətinə ittiham irəli sürülə bilmirsə, müddət daha 2 gün uzadıla bilər. 169-cu maddənin bura salınmasını başa düşə bilmirəm. Təklif edirəm ki, bu maddə CPM-dən çıxarılsın".

Nemət


Müəllif: