1 İyun 2014 15:19
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Harvard Universitetinin birincisi olan Türk tələbə Levent Alpöge bu təhsil müəssisəsinin tarixinə adını yazdırıb.


L.Alpöge riyaziyyat, fizika və digər fənlərdən maksimal bal toplayaraq, birinciliklə məzun olub.

L.Alpöge bu uğurları eyni vaxtda qazana bilmiş ilk tələbə olaraq Harvardın tarixinə keçə bilib. Ancaq Türk tələbə bu uğurları ilə kifayətlənmək fikrində də deyil. Belə ki, o, tezliklə əvvəlcə Fransaya, ardından da İngiltərəyə gedərək Cambridgedə təhsilini inkişaf etdirəcək. Sonra isə 0, ABŞ-a geri dönərək Prinston Universitetində doktorluq disertasiyası müdafiə edəcək.


Türk tələbənin anası Simay Alpöge oğlu Leventin hələ 3 yaşında olanda oxuyub-yazmağı öyrəndiyini bildirib /Musavat.com/.


Müəllif: