2 İyun 2014 11:05

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə göndərilib. Bununla da son yarım ay ərzində istirahət mərkəzlərinə yola salınan əlilliyi olan şəxslərin sayı artıq 155 nəfərə çatıb.

Teleqraf.com-un məlumatına görə, tədbir ƏƏSMN-nin müvafiq əmri ilə təsdiqlənmiş “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. İstirahət zamanı əlilliyi olan şəxslər üçün maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər təşkil edilir.

Eyni zamanda, onlar fizioterapevtik müalicə prosedurlarına cəlb olunurlar.

Proqrama uyğun olaraq, cari il ərzində 1062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi planlaşdırılır.

Naibə


Müəllif: