2 İyun 2014 11:28
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat hazırda Qubada istirahət edir

Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədov xaricdə müalicəsini başa vuraraq vətənə dönüb. Bu haqda Əhmədovun yaxınları bildirib.

Teleqraf.com-un məlumatına görə, Vahid Əhmədov ötən həftənin şənbə günü Bakıya dönüb. Deputatın Ankarada müalicə aldığı da deyilib. Yaxınlarının bildirdiyini görə, Vahid Əhmədovun səhhəti hazırda normaldır.

Deputatın köməkçisi isə deyib ki, hazırda Vahid Əhmədov Qubadadır. Onun yaxın iki gün ərzində Qubada istirahət edəcəyi və bəzi işləri yoluna qoyulacağı, sonra isə Bakıya qayıdacağı bildirilib.

Nemət


Müəllif: