2 İyun 2014 11:38
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) ümumi yığıncağı keçirilib. Müdafiə Sənayesi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə BMA-nın 11 ölkədən 657 üzvü iştirak edib.

Yığıncaqda BMA-nın 2013-il üzrə işinin yekunlarına dair geniş müzakirələr aparılıb. Sonra Beynəlxalq Mühəndislik Akademiyasının yeni həqiqi və müxbir üzvləri müəyyənləşdirilib.

Müdafiə Sənayesi Nazirliyindən nazir Yavər Camalov akademiyanın həqiqi üzvü və Optika-Mexanika İstehsalat Birliyinin Baş direktoru Kamal Əsgərov müxbir üzvü seçiliblər.

BƏXTİYAR


Müəllif: