2 İyun 2014 15:56
1 888

Ali təhsil müəssisələri yayda tətilə çıxdıqları üçün xaricdə təhsil alanların diplomlarının təsdiqlənməsi sentyabrın 1-nə təxirə salınıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Təhsil Nazirliyinin bu gün keçirilən mətbuat konfransında məlumat verilib.

Bildirilib ki, Azərbaycanda nostrifikasiya (xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu müvəqqəti dayandırılıb.

Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.


Ümumi qaydada sənəd qəbulu isə sentyabrın 1-dən bərpa olunacaq.

NİGAR


Müəllif: