3 İyun 2014 09:45
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası müdafiə nazirinin ABŞ müdafiə katibi ilə görüşü keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyunun 4-də Brüssel şəhərində Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iclas keçiriləcək.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla ABŞ-nın müdafiə katibi Çak Heygel arasına ikitərəfli görüş nəzərdə tutulub.


Müəllif: