3 İyun 2014 11:32
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada azyaşlı qız suda boğulub.

Rayon prokurorluğundan Publika.az-a verilən məlumata görə, Qədikqışlaq kəndində yaşayan 2011-ci il təvəllüdlü Dəniz Rövnəq qızı Mehralıyeva həyətlərindəki bağçada oynayarkən su qabına yıxılıb. Uşaq əlindəki qabı su il doldurmaq üçün hündür qabın içinə əyilib. Lakin ehtiyatsızlıqdan suya düşüb.



Nəzarətsiz qalan uşaq suda boğulub. Onu xəstəxanaya aparsalar da, həkimlər azyaşlını həyata qaytara bilməyib.


Müəllif: