3 İyun 2014 11:42
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin təsis edilməsi barədə qərar qəbul edilib.

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Vüsalə Məmmədovanın Teleqraf.com-a verdiyi məlumata görə, Xeyriyyə Cəmiyyətininin yaradılmasında məqsəd universitet daxilində imkansız tələbələrə köməkliyin göstərilməsi, həmçinin qocalar evi və kimsəsiz uşaqlar evinə, xəstə və yardıma ehtiyacı olanlara könüllü yardımların göstərilməsidir.

Məlumatda bildirlir ki, təşkilata üzvlük könüllü xarakter daşıyır və maliyyə məsələlərində tam müstəqildir. Nizamnamə sənədinə əsasən büdcənin formalaşması üzvlərdən toplanan maliyyə vəsaitləri, sponsorlar, könüllü ianələr hesabına həyata keçiriləcək.

Təsdiq edilmiş cəmiyyətin büdcə layihəsinin qəbulu qurumun İdarə Heyətinə, təsdiq olunması isə cəmiyyətin sədrinə həvalə edilib.

NİGAR


Müəllif: